Prosineçkiyə Bosniya və Herseqovina millisində Azərbaycandan 5 dəfə az əmək haqqı təklif olunub

Prosineçkiyə Bosniya və Herseqovina millisində Azərbaycandan 5 dəfə az əmək haqqı təklif olunub "Hər bir baş məşqçi üçün bu cür potensiallı futbolçularla çalışmaq çətindir"
Futbol
1 Dekabr , 2017 09:43
Prosineçkiyə Bosniya və Herseqovina millisində Azərbaycandan 5 dəfə az əmək haqqı təklif olunub
Report/ Firi Salim

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki ilə Bosniya və Herseqovina Futbol İttifaqının rəhbərliyi arasında danışıqlar aparılıb. 

"Report"un məlumatına görə, Bosniya və Herseqovina millisinin sükanı arxasına keçməyə əsas namizəd olan 48 yaşlı mütəxəssislə müzakirələrin detalları açıqlanmır.

"Vecernji List" yazır ki, Prosineçkinin ilinə 150 - 200 min avro təklif olunub. Lakin xorvatiyalı mütəxəssis danışıqlar zamanı maliyyə məsələsinin müzakirə olunmadığını bildirib. O deyib ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi olmaq ideyasını cəlbedicidir: "Bu komandada yaxşı oyunçular var. Hər bir baş məşqçi üçün bu cür potensiallı futbolçularla çalışmaq çətindir".

Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinin Azərbaycan millisində illik əmək haqqı 1,2 milyon avro olub. 

Son xəbərlər

Orphus sistemi