Premyer Liqada 100-cü matçını keçirən braziliyalı: "Azərbaycanda oynadığım və yaşadığım üçün çox xoşbəxtəm"

Premyer Liqada 100-cü matçını keçirən braziliyalı: "Azərbaycanda oynadığım və yaşadığım üçün çox xoşbəxtəm" Karyeramın ən önəmli mərhələsindəyəm.
Futbol
22 Oktyabr , 2024 15:29
Premyer Liqada 100-cü matçını keçirən braziliyalı: Azərbaycanda oynadığım və yaşadığım üçün çox xoşbəxtəm

Azərbaycanda futbol oynadığım və yaşadığım üçün çox xoşbəxtəm.

Bunu "Report"a açıqlamasında Misli Premyer Liqasında 100-cü oyununu keçirən "Zirə"nin futbolçusu Ruan Renato deyib.

Braziliyalı müdafiəçi ölkə çempionatının IX turunda "Turan Tovuz"la qarşılaşmaya təsadüf edən yubiley matçı barədə danışıb:

"Təəssüf ki, qarşılaşma "Zirə"nin 0:1 hesablı məğlubiyyətli ilə başa çatıb. Özümlə bağlı onu deyə bilərəm ki, karyeramın ən önəmli mərhələsindəyəm. Premyer Liqada keçirdiyim oyunların sayı 100-ə çatdı. Azərbaycanda futbol oynadığım və yaşadığım üçün çox xoşbəxtəm. Ailəm və mənim üçün Bakıda yaşamaq, uyğunlaşmaq çox rahatdır. Təbii ki, belə olduqda mən də oyunlara motivasiyalı çıxıram. Komandamda işlər yolunda gedir. "Zirə" klubuna təşəkkürümü bildirirəm. Əlimdən gələni edəcəyəm ki, keçirəcəyim oyunların sayı bir qədər də artsın".

Qeyd edək ki, Azərbaycanda daha əvvəl "Qəbələ"də çıxış edən R.Renato bu klubun heyətində 59 görüş keçirib. "Zirə"də isə "Turan Tovuz"la matç onun üçün 41-ci olub.

Son xəbərlər

Orphus sistemi