Premyer Liqa: XXXI turun son oyun günündə "Turan Tovuz" və "Neftçi" komandaları meydana çıxacaq

Futbol
  • 10 may, 2026
  • 09:00
Premyer Liqa: XXXI turun son oyun günündə Turan Tovuz və Neftçi komandaları meydana çıxacaq

Bu gün Misli Premyer Liqasında XXXI tura iki oyunla yekun vurulacaq.

"Report" xəbər verir ki, günün ilk matçında avrokuboka vəsiqəni rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da başlayacaq.

Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.

"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - 12-cidir.

Misli Premyer Liqası

III dövrə, XXXI tur

10 may

17:00. "Turan Tovuz" – "Karvan-Yevlax"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Əmrah İbrahimov.

Tovuz şəhər stadionu

19:30. "Neftçi" – "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov.

VAR: Rəşad Əhmədov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

"Palms Sports Arena"

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.