Premyer Liqa: XXVI tura start verilib
Futbol
- 08 mart, 2025
- 20:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında XXVI tura start verilib.
“Report”un məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
“Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44), Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.
Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.
Son xəbərlər
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
23:24
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Digər ölkələr
23:06
Video
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region