Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə edib

Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə edib Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Futbol
9 Aprel , 2023 17:55
Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Turan Tovuz” doğma publika önündə “Şamaxı”nı qəbul edib.

Matça sürətli başlayan tovuzlular artıq 2-ci dəqiqədə Runi Evanın başla vurduğu qol sayəsində hesabı açıblar. Ancaq cəmi yeddi dəqiqə sonra qonaqlar bərabərlik topunu vurublar. Fuad Bayramovun iti bucaq altından zərbəsi dəqiq alınıb.

Bu, həm də qarşılaşmada son qol olub. Nəticədə matç 1:1 hesabı ilə yekunlaşıb və “Şamaxı” səfərdə rəqibi ilə heç-heçə edib.

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. “Şamaxı” isə 21 xalla “Səbail”lə birlikdə son pilləni bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib. Son görüşdə bu gün “Qarabağ”la “Kəpəz” birincilərin meydanında qarşılaşacaqlar.

14:57

Azərbaycan Premyer Liqasının XXIX turunda üz-üzə gələcək “Turan Tovuz” və “Şamaxı”nın start heyətləri açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divine Naah, 23. Okebuqvu Henri

Baş məşqçi: Ayxan Abbasov

“Şamaxı”: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov

Baş məşqçi: Vüqar Əsgərli

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi