Premyer Liqa təmsilçisi "Qalatasaray"ın futbolçusu ilə maraqlanır

Futbol
  • 03 may, 2025
  • 15:41
Premyer Liqa təmsilçisi Qalatasarayın futbolçusu ilə maraqlanır

İngiltərənin "Mançester Siti" klubu Türkiyə təmsilçisi "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Premyer Liqa təmsilçisi 25 yaşlı oyunçu üçün 40 milyon avrosundan keçməyə hazırdır. Bundan başqa, braziliyalı futbolçunu İngiltərənin "Aston Villa", “Nottinqem Forest” və "Everton" klubları da yaxından izləyir.

Qeyd edək ki, Qabriel Sara cari mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 41 oyun keçirib və 2 qol vurub. Onun "sarı-qırmızılar"la müqavilə müddəti 2029-ci ilin yayında başa çatacaq.