Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində turnir cədvəlində irəliləyib

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində turnir cədvəlində irəliləyib Azərbaycan Premyer Liqasında “Sumqayıt”la “Turan Tovuz” arasında keçiriləcək XX turun açılış matçının heyətləri açıqlanıb.
Futbol
30 Yanvar , 2023 19:57
Premyer Liqa: Sumqayıt qələbə sayəsində turnir cədvəlində irəliləyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Sumqayıt" "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 28-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisindən Todor Todoroski açıb. 39-cu dəqiqədə qonaqların ən sərrast futbolçusu Runi Eva tarazlığı bərpa edib. 49-cu dəqiqədə isə Sumqayıtın eyniadlı klubunun yeni transferi Karim Abubakar son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Sumqayıt" turnir cədvəlində "Kəpəz"i qabaqlayaraq, 8-ci pilləyə yüksəlib. 17 xalı olan "Turan Tovuz" isə 6-cıdır.

Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.

16:59

Azərbaycan Premyer Liqasında “Sumqayıt”la “Turan Tovuz” arasında keçiriləcək XX turun açılış matçının heyətləri açıqlanıb.

“Report” xəbər verir ki, Sumqayıtdakı qarşılaşma saat 18:00-da başlayacaq.

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə

Baş məşqçi: Samir Abasov

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

Son xəbərlər

Orphus sistemi