Premyer Liqa: "Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın edib

Premyer Liqa: "Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın edib Azərbaycan Premyer Liqasının XXVII turunda üz-üzə gələcək "Sumqayıt" və "Qarabağ"ın start heyətləri açıqlanıb.
Futbol
15 Mart , 2023 19:55
Premyer Liqa: Qarabağ səfərdə Sumqayıtı darmadağın edib

Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qarabağ" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.

Hesabı 7-ci dəqiqədə Leandro Andrade açıb. 5 dəqiqə sonra Musa Qurbanlı 2-ci topu meydan sahiblərinin qapısından keçirib. 21-ci dəqiqədə Abdullah Zubir "gənclik şəhəri" təmsilçisini 3-cü dəfə məyus edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Qurbanlı özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 49-cu dəqiqədə Andrade dubl edib. Son nöqtəni isə meydan sahiblərindən Səbuhi Abdullazadə qoyub. 22 yaşlı yarımmüdafiəçi 88-ci dəqiqədə avtoqol müəllifi olub.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 21 xalı olan "Sumqayıt" isə 7-ci pillədə qalıb.

Günün son oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.

16:51

Azərbaycan Premyer Liqasının XXVII turunda üz-üzə gələcək "Sumqayıt" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Aliev
Baş məşqçi: Samir Abasov

"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi