Premyer Liqa: "Qəbələ" ardıcıl üçüncü oyunda məğlub olub

Premyer Liqa: "Qəbələ" ardıcıl üçüncü oyunda məğlub olub Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Futbol
19 avqust 2023 15:56
Premyer Liqa: Qəbələ ardıcıl üçüncü oyunda məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurub. "Qırmızı-qaralar"dan isə 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Premyer Liqada rəqibindən bir oyun az keçirən "Sumqayıt" ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Zirə"ni qəbul edəcək. Turun açılış matçında isə "Turan Tovuz" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.

Orphus sistemi