Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq XXVII tura yekun vurulacaq
Futbol
17 Mart , 2024 09:00
Premyer Liqa: Qarabağ Turan Tovuzun, Sabah Sumqayıtın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasımda XXVII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu gündə daha iki oyun keçiriləcək.

İlk matç Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura "Sumqayıt" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.

Azərbaycan Premyer Liqası

XXVII tur

17 mart

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi