Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 19 aprel, 2025
- 09:20
Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
"Report" xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.
Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Cari mövsümün bitməsinə 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
Günün digər oyununda "Sabah" "Səbail"lə qarşılaşacaq. Görüş "Bank Respublika Arena"da, saat 17:30-da başlayacaq.
Turnir cədvəlində "Sabah" 36 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
19 aprel
17:30. “Sabah” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Bank Respublika Arena"
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.