Premyer Liqa matçı qara görə təxirə salınıb

Premyer Liqa matçı qara görə təxirə salınıb İngiltərə Premyer Liqasının XIII turunun "Börnli" - "Tottenhem" oyunu təxirə salınıb.
Futbol
807
28 Noyabr , 2021 18:39
Premyer Liqa matçı qara görə təxirə salınıb

İngiltərə Premyer Liqasının XIII turunun "Börnli" - "Tottenhem" oyunu təxirə salınıb.

"Report" London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna qeyri-sabit hava şəraiti səbəb olub. Qarşılaşma güclü qara görə baş tutmayıb.

Qeyd edək ki, bu gün keçirilməli olan görüş Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi.

Son xəbərlər

Orphus sistemi