Premyer Liqa klubu icarə əsasında çıxış edən futbolçunu transfer edib

Premyer Liqa klubu icarə əsasında çıxış edən futbolçunu transfer edib İngiltərənin "Aston Villa" klubu icarə əsasında çıxış edən Rossa Barkli ilə rəsmi müqavilə bağlayıb.
Futbol
1 İyul , 2024 19:54
Premyer Liqa klubu icarə əsasında çıxış edən futbolçunu transfer edib

İngiltərənin "Aston Villa" klubu icarə əsasında çıxış edən Ross Barkli ilə rəsmi müqavilə bağlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha əvvəl müqavilə əsasında "Luton" (İngiltərə) kollektivinə məxsus olan 30 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İngiltərə millisinin də şərəfini qorumuş R.Barkli "Çelsi" və "Everton" komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi