Premyer Liqa klubları Azərbaycan Kubokunun oyunlarına itkilərlə çıxacaqlar

Premyer Liqa klubları Azərbaycan Kubokunun oyunlarına itkilərlə çıxacaqlar "Qəbələ", "Neftçi" və "Sumqayıt"da cəzalı, "Keşlə"də isə zədəli futbolçular var
Futbol
9 Aprel , 2018 17:09
Premyer Liqa klubları Azərbaycan Kubokunun oyunlarına itkilərlə çıxacaqlar

Bakı. 9 aprel. REPORT.AZ/ Premyer Liqa klubları futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına itkilərlə çıxacaqlar.

“Report”un məlumatına görə, meydana çıxacaq 4 klubun hamısının heyətində zədəli və cəzalı futbolçular var. “Neftçi”ni qəbul edəcək “Qəbələ” zədə səbəbindən qapıçı Dmitri Bezotosnı və mərkəz müdafiəçisi Vitali Vernidubun xidmətindən yararlana bilməyəcək. Premyer Liqanın XXII turunda “Zirə” ilə səfər matçında xəsarət alan Baqali Dabonun durumu isə böyük sual altındadır.

“Neftçi”də yeganə itki kapitan Ruslan Abışovdur. Mərkəz müdafiəçisi cəzalı olduğu üçün həm “Qəbələ” ilə görüşü, həm də Premyer Liqanın XXIII turunda “Zirə”ilə səfər oyununu buraxacaq. O, hər iki yarışda sarı vərəqə limitini doldurub. 

“Keşlə”nin qonağı olacaq “Sumqayıt”ın vəziyyəti isə daha ciddidir. “Gənclər şəhəri” təmsilçisi mərkəz müdafiəçiləri sarıdan sıxıntı ilə üzləşib. Cəzalı Bəxtiyar Həsənəlizadənin meydana çıxmayacağı dəqiqdir. Zədəli Vurğun Hüseynovun isə oynayıb-oynamayacağı bilinmir.

“Keşlə”də isə zədəli müdafiəçilər - Cabir Əmirli və Murad Qayalı oyunda iştirak edə bilməyəcək. Yüngül zədəsi olan qapıçı Kamran Ağayevin durumu isə sual altındadır.

Qeyd edək ki, Premyer Liqadan fərqli olaraq, Azərbaycan Kubokunda 4 deyil, 2 sarı vərəqə alan futbolçu cəzalı duruma düşür. Yarımfinal mərhələsinin ilk matçları aprelin 12-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi