Premyer Liqa: "Keşlə" "Neftçi"ni məğlub edib - VİDEO

Premyer Liqa: "Keşlə" "Neftçi"ni məğlub edib - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Futbol
9 Noyabr , 2019 18:59
Premyer Liqa: Keşlə Neftçini məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "ASCO Arena"da "Keşlə" "Neftçi"ni qəbul edib.

Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye vurub. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb.

73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə 3-cü pilləyə enib.

Son xəbərlər

Orphus sistemi