Premyer Liqa: "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb
Futbol
- 18 aprel, 2025
- 20:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XXXI turunun açılış oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb.
“Report”un məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesab 33-cü dəqiqədə açılıb. Qonaqların heyətində Faiq Hacıyev dəqiq zərbə müəllifi olub. Meydan sahiblərinin cavab qolu 53-cü dəqiqədə gəlib. İssuf Paro rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
Naxçıvan təmsilçisi matçı azlıqda başa vurub. 77-ci dəqiqədə Vanderson Melo ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə meydandan qovulub.
“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 48 xalı var.
Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.
Son xəbərlər
18:52
Elnur Cahangirov: "Azərbaycanda həndbol çempionatının olmaması avrokuboklardakı nəticələrə təsir göstərir"
Komanda
18:42
Serbiyanın NIS şirkəti ABŞ-dən lisenziya müddətini uzatmağı xahiş edib
Digər ölkələr
18:32
Türkiyədə avtomobil su kanalına aşıb, 6 nəfər ölüb
Region
18:30
Foto
EHF Avropa Kuboku: "Kür" komandası mübarizəni dayandırıb
Komanda
18:29
Foto
"Fars": Hörmüzdə neft tankerində partlayış baş verib
Region
18:25
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
Futbol
18:17
"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Digər ölkələr
18:06
Monqolustan Prezidenti ilk dəfə Belarusa səfər edəcək
Region
18:02
Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Digər ölkələr