Portuqaliyalı futbolçu "Mançester Siti"nin tarixinə düşüb

Portuqaliyalı futbolçu "Mançester Siti"nin tarixinə düşüb Portuqaliya millisinin futbolçusu Bernardu Silva İngiltərənin "Mançester Siti" klubunda noyabrın ən yaxşı oyunçusu seçilib.
Futbol
7 Dekabr , 2021 20:23
Portuqaliyalı futbolçu Mançester Sitinin tarixinə düşüb
0 : 00
0 : 00

Portuqaliya millisinin futbolçusu Bernardu Silva İngiltərənin "Mançester Siti" klubunda noyabrın ən yaxşı oyunçusu seçilib.

"Report" Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş səsvermədə 48 faiz səs toplayıb.

Ardıcıl 3-cü dəfə bu ada layiq görülən təcrübəli vinger "Mançester Siti"nin tarixinə düşüb. Silvadan öncə bu nailiyyətə çatan olmayıb.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi