Portuqaliyalı baş məşqçi: “Azərbaycanla oyunun böyük hissəsini üstün keçirdik”

Portuqaliyalı baş məşqçi: “Azərbaycanla oyunun böyük hissəsini üstün keçirdik” “Azərbaycanla oyunun böyük hissəsini üstün keçirdik”.
Futbol
3 oktyabr 2023 09:17
Portuqaliyalı baş məşqçi: “Azərbaycanla oyunun böyük hissəsini üstün keçirdik”

“Azərbaycanla oyunun böyük hissəsini üstün keçirdik”.

“Report” xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Lüksemburq millisinin baş məşqçisi Kristina Korreyra Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis artıq qrupun ikinci matçı barədə düşündüklərini bildirib: “Çox aqressiv mübarizə oldu. Bu qalibiyyət münasibətilə oyunçularımı təbrik edirəm. Uzun səfərdən sonra yorğunluğumuzu üzərimizdən atıb yaxşı çıxış etdik. Qısa istirahətin ardından Malta ilə keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq”.

Qeyd edək ki, Xorvatiyada təşkil olunan B Liqasının 3-cü qrupunda II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün Azərbaycan millisi Xorvatiya, Lüksemburq isə Malta ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi