Portuqaliya millisinin qapıçısı klubu ilə müqaviləsini ləğv edib
Futbol
- 01 iyun, 2018
- 13:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyun. REPORT.AZ/ Portuqaliya milli komandasının və "Sportinq" klubunun qapıçısı Ruy Patrisiu komanda ilə olan müqaviləsini ləğv edib.
"Report" "Record"a istinadən xəbər verir ki, buna səbəb klub prezidenti Brunu di Karvalyunun futbolçunun transferinə mane olmasıdır.
30 yaşlı qolkiper İngiltərənin "Vulverhempton" klubuna keçməli idi. Transfer üçün bütün sənədlər tərtib olunsa da, klub prezidenti son anda bu keçid üçün əlavə 2 milyon avro tələb edib. Bununla əlaqədar Patrisio müqaviləsini təktərəfli olaraq ləğv edib.
Qeyd edək ki, Ruy Patrisiu Portuqaliya milli komandası ilə dünya çempionatında iştirak edəcək.
Son xəbərlər
16:18
Enn Kalembe: Turizm Uqandanın inkişafının əsas istiqamətlərindən biridir
Xarici siyasət
16:16
Gürcüstan mədəni irsin qorunması və populyarlaşdırılması üçün AI-dən istifadə etmək niyyətindədir
Xarici siyasət
16:10
Emin Hüseynov: Xocəvəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
Qarabağ
16:10
Vaşkelyaviçius: Litva Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
16:10
Moratinos: Hər şeyi öz gözlərimlə gördüm, Qarabağda mədəni abidələr dağıdılmışdı
Mədəniyyət siyasəti
16:08
Eliso Bolkvadze: Azərbaycan mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə sadiq bir ölkədir
Xarici siyasət
16:04
İvo Yosipoviç: Azərbaycan və Xorvatiyanın postmüharibə bərpa işlərində misilsiz təcrübəsi var
Xarici siyasət
16:00
Sürücünün telefondan istifadəsi, reklam şərtlərinin pozulması foto, videokameralar vasitəsilə də qeydə alınacaq
Milli Məclis
15:59
Coşkun Yılmaz: İslamofobiya ilə mübarizədə hamımızın böyük bir səylə hərəkət etməsi lazımdır
Xarici siyasət