Portuqaliya millisinin baş məşqçisi: Ronaldu penaltini qaçırsa da, təslim olmadıq

Portuqaliya millisinin baş məşqçisi: Ronaldu penaltini qaçırsa da, təslim olmadıq Kriştianu Ronaldu penaltini qaçırsa da, təslim olmadıq və əsl birlik nümayiş etdirdik.
Futbol
2 İyul , 2024 03:01
Portuqaliya millisinin baş məşqçisi: Ronaldu penaltini qaçırsa da, təslim olmadıq

Kriştianu Ronaldu penaltini qaçırsa da, təslim olmadıq və əsl birlik nümayiş etdirdik.

"Report" xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Sloveniyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

"Sloveniya 90 dəqiqə qapısını toxunulmaz saxladı və bizim üçün çətin oldu. Bu gün meydanda qürurlu Portuqaliya var idi. Qələbəyə layiq idik. Komandamız oyun boyu yaxşı performans göstərdi. Kriştianu Ronaldu penaltini qaçırsa da, təslim olmadıq və əsl birlik nümayiş etdirdik", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Sloveniyaya penaltilər seriyasında qalib gələn Portuqaliya növbəti mərhələdə Fransaya rəqib olub.

Son xəbərlər

Orphus sistemi