Polşalı futbolçu: "Qarabağ"la oyundan əvvəl nikbinəm"

Polşalı futbolçu: "Qarabağ"la oyundan əvvəl nikbinəm" "Hər məşqçi öz fəlsəfəsini oyuna daxil etmək istəyir. Yeni həlləri tətbiq etmək üçün bir az vaxtımız oldu və hazırda onları meydanda təqdim etmək niyyətindəyik".
Futbol
1804
30 Sentyabr , 2020 19:02
Polşalı futbolçu: Qarabağla oyundan əvvəl nikbinəm
Mateuş Vieteska 

"Hər məşqçi öz fəlsəfəsini komandaya uyğunlaşdırmaq istəyir. Yeni həlləri tətbiq etmək üçün bir az vaxtımız oldu və hazırda onları meydanda göstərmək niyyətindəyik". 

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mateuş Vieteska UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. 

23 yaşlı polşalı müdafiəçi bildirib ki, qarşılaşmanın nə qədər vacib olduğunun fərqindədirlər: "Matça yaxşı hazırlaşmışıq. Rəqibi analiz etdik, bizi nəyin gözlədiyini bilirik. Hazırlaşmaq üçün bir həftə vaxt var idi və məşqdən məşqə daha yaxşı idik. Oyundan əvvəl nikbinəm". 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi