İspaniya polisi futbol matçlarındakı oyun alqı-satqısına görə daha 9 nəfəri saxlayıb

İspaniya polisi futbol matçlarındakı oyun alqı-satqısına görə daha 9 nəfəri saxlayıb İspaniya polisi futbol üzrə İtaliya A Seriyasındakı matçların manipulyasiyası və qeyri-qanuni mərclərin təşkili ilə mübarizə tədbirləri çərçivəsində 14 nəfəri saxlayıb.
Futbol
28 Dekabr , 2019 09:07
İspaniya polisi futbol matçlarındakı oyun alqı-satqısına görə daha 9 nəfəri saxlayıb

İspaniya polisi futbol üzrə İtaliya A Seriyasındakı matçların manipulyasiyası və qeyri-qanuni mərclərin təşkili ilə mübarizə tədbirləri çərçivəsində 14 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, “Europol” (Avropa İttifaqı polisi) tərəfindən koordinasiya edilən əməliyyatda İspaniya polisi və İtaliya hüquq-mühafizə orqanları iştirak edib. Araşdırmaların ikisi İtaliyada, digərləri isə İspaniyada aparılıb.

İspaniya polisi bildirib ki, istintaq zamanı A Seriyasında oyunların manipulyasiyası üçün bir neçə dəfə cəhd edilib.

Qeyd edək ki, İspaniyada oyun alqı-satqısı ilə bağlı əməliyyatın ilk hissəsi may ayında baş tutub. Daha sonra ölkənin II liqasındakı matçların təşkilində şübhəli bilinən 11 nəfər saxlanılıb. İstintaqın məlumatına əsasən, qrupun başında "Real Madrid"in sabiq futbolçuları Karlos Aranda və Raul Bravo olub. Polis noyabr ayının sonlarında eyni səbəbdən 9 nəfəri saxlayıb. 

Son xəbərlər

Orphus sistemi