PFL prezidenti: "Növbəti mövsüm tək "Qarabağ" çempionluq üçün oynamayacaq"

PFL prezidenti: "Növbəti mövsüm tək "Qarabağ" çempionluq üçün oynamayacaq" "Fikrimcə, növbəti mövsümdə çempionluğa oynayan komanda tək "Qarabağ" olmayacaq".
Futbol
18 May , 2022 13:04
PFL prezidenti: Növbəti mövsüm tək Qarabağ çempionluq üçün oynamayacaq

"Fikrimcə, növbəti mövsümdə çempionluğa oynayan komanda tək "Qarabağ" olmayacaq".

Bunu "Report"a müsahibəsində Peşəkar Furbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

59 yaşlı funksioner ən azı 4-5 komandanın qızıl medallar üçün mübarizə aparacağını bildirib: "Qarabağ" çempionluğa layiq idi ki, bunu sona 3 tur qalmış təmin etdi. Ağdam təmsilçisi artıq oturuşmuş komandadır. Qurban Qurbanovun əziyyətini. zəhmətini itirmək olmaz. Sizin vasitənizlə baş məşqçini təbrik edirəm".

PFL rəhbəri Qurban Qurbanovun çempionluğa layiq mütəxəssis olduğunu söyləyib: "Qarabağ" rəhbərliyi də komandanı hər şeylə təmin edir. Həmin peşəkarlığın nəticəsidir ki, komanda çempion oldu. Düzdür, ötən mövsüm qızıl medalları "Neftçi" qazandı. Lakin düşünürəm ki, gələn mövsüm çempionatımız daha gərgin və ağır olacaq. Çünki iddialı komandalarımızın sayı artır. Bura "Sabah"la "Zirə"ni də əlavə etmək olar".

Ramin Musayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi