PFL Azərbaycan Premyer Liqasının bərpa vaxtını açıqladı

PFL Azərbaycan Premyer Liqasının bərpa vaxtını açıqladı Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır.
Futbol
734
27 Aprel , 2020 17:43
PFL Azərbaycan Premyer Liqasının bərpa vaxtını açıqladı

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. 

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı bəyanatda bildirilir. Qeyd olunur ki, UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpası nəzərdə tutulur.

Aparılan müzakirələrə uyğun olaraq, PFL-in qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal və final oyunları keçiriləcək. Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları, onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmalarına şərait yaratmaqdır.
Azarkeşsiz keçiriləcək Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı PFL-in saytında məlumat yerləşdiriləcək.

Bəyanatda o da bildirilir ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun müvafiq addımlar atıla bilər.

Son xəbərlər

Orphus sistemi