Peyvənddən imtina edən futbolçu qərarını dəyişib

Peyvənddən imtina edən futbolçu qərarını dəyişib Almaniya millisinin və "Bavariya"nın futbolçusu Yozua Kimmix koronavirus peyvəndi ilə bağlı fikrini dəyişib.
Futbol
12 Dekabr , 2021 15:56
Peyvənddən imtina edən futbolçu qərarını dəyişib

Almaniya millisinin və "Bavariya"nın futbolçusu Yozua Kimmix koronavirus peyvəndi ilə bağlı fikrini dəyişib.

"Report"un məlumatına görə, bu barədə 26 yaşlı müdafiəçi "ZDF.de" saytına açıqlama verib.

O, vaksin vurdurmaq qərarına gəldiyini bildirib: "Qorxu və şübhələrimi aradan qaldırmaq mənim üçün çətin idi. Ona görə də bu qədər uzun müddət düşünməli oldum".

Qeyd edək ki, Yozua Kimmix bir müddət öncə koronavirusa yoluxmuş, futbolçunun ağciyərlərində iltihab yaramışdı.

Son xəbərlər

Orphus sistemi