Petr Çex: "Təəssüflənəcəyim heç nə yoxdur"

Petr Çex: "Təəssüflənəcəyim heç nə yoxdur" Mən özümlə qürur duyuram, bu gün göstərdiyim oyuna görə də özümdən razıyam. Dönüb geriyə baxanda təəssüflənəcəyim heç nə yoxdur.
Futbol
138
30 May , 2019 02:59
Petr Çex: Təəssüflənəcəyim heç nə yoxdur

"Mən özümlə qürur duyuram, bu gün göstərdiyim oyuna görə də özümdən razıyam. Dönüb geriyə baxanda təəssüflənəcəyim heç nə yoxdur".

"Report" xəbər verir ki, bunu İngiltərə "Arsenal"ının qapıçısı Petr Çex Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə 1:4 hesabı ilə məğlub olduqları görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Son matçına çıxan çexiyalı qolkiper kuboku qazanıb karyerasını bitirmək istədiyini, amma bu arzusunun reallaşmadığını qeyd edib: "Düzdür, son matçımda qələbə qazanmaq, kuboku başım üzərinə qaldırmaq istəyirdim, amma bu, bizdə alınmadı. İnsanlar üçün bu mövsümü kuboksuz başa vurduğumuzu demək asandır. Amma biz mövsümboyu gərgin çalışdıq, sona qədər mübarizə apardıq. Komandamızın baş məşqçisi yeni idi, bəzi gənc oyunçular da bizə qoşuldu, ona görə də düşünürəm ki, növbəti mövsüm komanda daha güclü olacaq".

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi