Peru komandasında çıxış edən Osama Vinladen adlı futbolçu diqqət mərkəzinə düşüb

Peru komandasında çıxış edən Osama Vinladen adlı futbolçu diqqət mərkəzinə düşüb "Atamdan mənə belə ad qoymasının səbəbini heç vaxt soruşmamışam"
Futbol
29 Sentyabr , 2017 11:20
Peru komandasında çıxış edən Osama Vinladen adlı futbolçu diqqət mərkəzinə düşüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Argentinada 15 yaşadək futbolçular arasında keçiriləcək turnir üçün Perunun "Union Komersio" komandasının təqdim etdiyi iştirak ərizəsindəki oyunçulardan biri daha çox diqqət mərkəzinə düşüb. "Report"un məlumatına görə, buna səbəb həmin futbolçunun adının Usama Vinladen Ximenes Lopes olmasıdır.

Fərq yalnız ondadır ki, qətlə yetirilmiş "Əl-Qaidə" liderində ad Vinladen yox, Binladen olub. Hücumçu mövqeyində çıxış edən futbolçunun əvvəlcə bundan narahat olduğunu, amma sonradan öyrəşdiyini bildirib: "Atamdan mənə belə ad qoymasının səbəbini heç vaxt soruşmamışam. Elə özü də bu barədə danışmaq istəməyib.

Qeyd edək ki, turnir 4 - 19 noyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi