Pelenin anası oğlunun ölümündən xəbərsizdir
Futbol
- 31 dekabr, 2022
- 10:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 29-da dünyasını dəyişmiş braziliyalı əfsanəvi futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.
"Report" "Mirror"a istinadən xəbər verir ki, bu barədə keçmiş hücumçunun bacısı Maria Lusia do Naskimento məlumat verib.
O, anasının Pelenin vəfat etdiyini bilmədiyini söyləyib: "Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil".
Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib. Pele 82 yaşında dünyasını dəyişib. Əfsanəvi forvard yanvarın 3-də dəfn olunacaq.
Son xəbərlər
16:16
Azərbaycan Çində keçirilən üzümçülük və şərabçılıq konqresində iştirak edir
ASK
16:16
Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır
Fərdi
16:12
Foto
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlər and içiblər
Daxili siyasət
16:11
Vəkil: Vahid məktəbli forması şagirdlər arasında ayrı-seçkiliyin qarşısını almaq üçün legitim məqsəd daşıyır
Elm və təhsil
16:10
Kamboca Azərbaycanın dəstəyi ilə Mərkəzi Asiya bazarlarına çıxmaq niyyətindədir
Biznes
16:07
Nazir: "Azərbaycan Kamboca ilə investisiyaları qorumaq haqqında saziş hazırlayır"
Biznes
16:02
Rəşad Rəsullu: "Millidə çıxış edən cüdoçuların hamısı Azərbaycanın yetirmələridir"
Fərdi
16:02
Foto
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub
Elm və təhsil
15:59
Azərbaycan Kambocanın xam pambığı son məhsula çevirmək təcrübəsi ilə maraqlanır
Biznes