Futbol üzrə Braziliya yığmasının heyətində üçqat dünya çempionu olmuş əfsanəvi futbolçu Pele yoğun bağırsağında şişin cərrahi əməliyyatla kəsilməsindən sonra özünü necə hiss etməsindən danışıb.
“Report” xəbər verir ki, bu barədə o özünün
"Mənim dostlarım, hər gün özümü bir az yaxşı hiss edirəm. Səbirsizliklə yenidən oynamaq imkanını gözləyirəm, amma hələ bir neçə gün ərzində bərpa olunmağa davam edəcəyəm.
Hələlik burada ailəmlə danışmaq və istirahət etmək imkanından istifadə edirəm. Sevgi dolu mesajlarınıza görə bir daha sağ olun. Tezliklə yenidən birlikdə olacağıq!" - sabiq futbolçu instaqramda yazıb.
Xatırladaq ki, əfsanəvi braziliyalı sentyabrın 6-da cərrahi əməliyyat olunub.
FİFA-nın versiyasına görə, Pele XX əsrin ən yaxşı oyunçusudur. O, öz karyerası ərzində 1 363 matçda 1 289 qol vurub.
O, Braziliya yığmasının heyətində üçqat dünya çempionu olub. Pele habelə "Santos" heyətində altı dəfə ölkə çempionatının qalibi olub.
Pelenin heç vaxt Olimpiadada çıxış etməməsinə baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi onu əsrin ən böyük idmançısı adlandırıb. O, 90-cı illərin ikinci yarısında Braziliyanın gənclər, turizm və idman üzrə naziri vəzifəsini icra edib.