Bakı. 30 mart. REPORT.AZ/ Əfsanəvi braziliyalı futbolçu Pele reklam materiallarında obrazından yalnış istifadəyə görə Cənubi Koreyanın "Samsung" şirkətini məhkəməyə verib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, şirkətin "The New York Times" nəşrinin səhifələrində dərc olunan televizor reklamında braziliyalı futbolçunun tez-tez yararlandığı "qayçı zərbəsi"indən istifadə edən Peleyə bənzər şəxs təsvir olunub.
Məhkəmə iddiasına əsasən, Pele dəyən ziyana görə 30 milyon dollar təzminat tələb edir.