Pele Azərbaycana gələcək

Pele Azərbaycana gələcək Əfsanəvi futbolçu ailəsi ilə istirahətdən sonra dünya turnesinə çıxacaq
Futbol
4711
28 Noyabr , 2014 09:45
Pele Azərbaycana gələcək
Bakı. 28 noyabr. REPORT.AZ/ Dünya futbolunun əfsanəsi gələn il Azərbaycana səfər etmək niyyətindədir.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, bu barədə futbolçunun nümayəndəsi Pol Kemsli bildirib. 

Onun sözlərinə görə, hazırda Braziliya xəstəxanalarının birində müalicə alan Pele evə yazıldıqdan sonra ailəsi ilə istirahətə gedəcək. "Bundan sonra, 2015-ci ilin əvvəlində Pele Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər edərək, dünya turnesinə çıxacaq".

Pol Kemsli həmçinin qeyd edib ki, bir müddət əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən futbolçu indi özünü yaxşı hiss edir. 

İngilis versiyası ​Pele to visit Azerbaijan

Son xəbərlər

Orphus sistemi