Report NDTV-yə istinadən xəbər verir ki, terror aktı nəticəsində üç futbolçu da daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu Orakzay dairəsində, futbol və voleybol yarışlarının keçirildiyi Kalaya şəhərində işə salınıb.
Hələ ki, heç bir terror təşkilatı hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.