"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər Yunanıstanın "Olimpiakos" klubu "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edə bilər.
Futbol
28 Sentyabr , 2022 19:53
Olimpiakos Qarabağla oyundan öncə yeni qapıçı transfer edə bilər

Yunanıstanın "Olimpiakos" klubu "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edə bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın əsas qolkiperi Tomaş Vatslikin zədələnməsidir. O, Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Təcrübəli qapıçı uzun müddət yaşıl meydanlardan kənarda qalarsa, Pirey təmsilçisi PAOK-un keçmiş çərçivə qoruyucusu Aleksandros Pasxalakisi heyətinə qatacaq.

Cənubi Koreya yığmasının heyətində zədələnən "Olimpiakos"un hücumçusu Hvan Uy Conun isə durumu ciddi deyil. Onun "Qarabağ"a qarşı matçda oynayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi