Obameyanq yenidən Londona qayıda bilər
Futbol
- 31 avqust, 2022
- 15:27
Qabon millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq yenidən Londona qayıda bilər.
"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün "Tviter" hesabında bildirib.
İnsayder qeyd edib ki, sabiq "Arsenal"lı üçün "Çelsi" və "Barselona" arasında danışıqlar aparılır. "Çelsi" evinə hücum zamanı çənəsi sınmış 33 yaşlı Obameyanq üçün rəsmi tibbi məlumat da istəyib. Futbolçunun transferi üçün ispaniyalı cinah müdafiəçisi Markos Alonso da qarşı tərəfə təklif olunub.
Xatırladaq ki, Pyer-Emerik Obameyanq bu ilin yanvarında "Arsenal"dan heç bir transfer məbləği ödənilmədən "Barselona"ya keçmişdi. İspaniyada 24 oyuna çıxan hücumçu 13 qol vurub və 1 məhsuldar ötürmə edib.
Son xəbərlər
02:21
AK Serbiya rəhbərliyini məhkəmə-hüquq qanunlarının icrasını dayandırmağa çağırıb
Digər ölkələr01:57
Netanyahu Misirin hərbi potensialının artmasından narahatlığını bildirib
Digər ölkələr01:22
Çin peyklərin sıradan çıxarılması üçün silah hazırlayıb
Digər ölkələr01:01
Video
Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb
Daxili siyasət00:50
Ağ Ev: ABŞ Rusiya ilə strateji hücum silahları ilə bağlı yeni müqaviləni müzakirə edəcək
Digər ölkələr00:37
Ağ Ev: Uitkoff və Kuşner İran rəsmiləri ilə danışıqlar üçün Omana səfər edəcəklər
Digər ölkələr00:31
Tusk Seymin spikeri ilə əlaqələri kəsən ABŞ səfirini tənqid edib
Digər ölkələr00:15
Tramp Rusiya ilə strateji silahlar sahəsində yeni müqaviləni dəstəkləyib
Digər ölkələr00:03