"Nyukasl" 17 yaşlı gürcü futbolçunun transferi ilə bağlı razılığa gəlib
Futbol
- 26 sentyabr, 2024
- 10:50
İngiltərənin "Nyukasl" klubu Tbilisi "Dinamo"su və Gürcüstanın gənclərdən ibarət millisinin hücumçusu Vaxtanq Saliyanın transferi ilə bağlı razılığa gəlib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı vingerin keçidi yetkinlik yaşına çatdıqdan sonra rəsmiləşdirilə bilər.
Gürcü futbolçu istedadına görə Xviça Kvaratsxeliya ilə müqayisə edilir. "Nyukasl"la yanaşı, İspaniyanın "Real", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) klubları da gənc futbolçuya dəvət göndərib.
Qeyd edək ki, “Nyukasl" 4 qat İngiltərə çempionudur. “Sağsağanlar” altı dəfə ölkə kubokunu, bir dəfə isə Superkubokunu qazanıb. Komanda bu mövsüm keçirilən beş matçdan sonra Premyer Liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
Son xəbərlər
20:18
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr20:11
Foto
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Hadisə20:10
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Kəpəz"lə kubok matçından sonra stress yaşadıq"
Futbol19:58
Video
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
Hadisə19:46
Zelenski: Ukrayna tezliklə sülhün bərqərar olmasında maraqlıdır
Digər ölkələr19:35
Paşinyan Almaniya Prezidenti ilə Cənubi Qafqazda sülh gündəliyini müzakirə edib
Region19:34
"Kəpəz"in baş məşqçisi: "Araz-Naxçıvan"la oyunda futbolçularımın çıxışından çox razı qaldım"
Futbol19:25
Foto
Yasin Söylər: Azərbaycan türk dünyasının inkişafında körpü rolunu oynayır
Elm və təhsil19:25
Foto