Niderland millisinin baş məşqçisi: "Azərbaycan mənə yaxın ölkədir"
Futbol
- 20 sentyabr, 2023
- 16:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Daha əvvəl burada işləmişəm və ölkə mənə yaxındır".
"Report"un məlumatına görə, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.
2016-cı ildə Azərbaycan yığmasında çalışmış mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Daha yaxşı oyun sərgiləyə bilərdik. Amma futzalçılarımızdan narazı deyiləm. Bəzi məsələləri təhlil edib aydınlaşdıracağıq".
Andres yenidən Azərbaycanda işləmək ehtimalı haqqında da danışıb: "Ölkənizdə fəaliyyət göstərdiyim müddətdə məmnun olmuşam. Bura həmişə mənə doğma olaraq qalacaq. Lakin hələlik Niderland millisindəki işimi davam etdirəcəyəm".
Son xəbərlər
19:16
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb
ASK
19:04
ABŞ 14 ticarət tərəfdaşına qarşı yeni rüsumlar tətbiq etməyi təklif edib
Digər ölkələr
18:50
Xalq artisti Elmira Şabanova vəfat edib
Digər
18:38
Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq
Mədəniyyət siyasəti
18:33
Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir
Region
18:15
Özbəkistanda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq
Mədəniyyət
18:12
Foto
"PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
Maliyyə
18:04
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Maliyyə
18:02
Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
İdman