Neymarın zədə üzündən oynaya bilməyəcəyi müddət dəqiqləşib

Neymarın zədə üzündən oynaya bilməyəcəyi müddət dəqiqləşib Bakı. 28 fevral. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Neymar zədə üzündən 6 – 8 həftə müddətində meydana çıxa bilməyəcək.
Futbol
28 Fevral , 2018 09:49
Neymarın zədə üzündən oynaya bilməyəcəyi müddət dəqiqləşib

Bakı. 28 fevral. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Neymar zədə üzündən 6 – 8 həftə müddətində meydana çıxa bilməyəcək.

“Report” xəbər verir ki, bu barədə “L'Equipe” nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib.

Beləliklə, forvard martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq. Paris təmsilçisi səfərdə keçirdiyi ilə görüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.

Son xəbərlər

Orphus sistemi