Neymarın qolu Braziliyaya qələbə qazandırıb - VİDEO
Futbol
- 03 iyun, 2018
- 23:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə Braziliya və Xorvatiya yığma komandaları Dünya çempionatı – 2018-ə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçiriblər.
“Report” xəbər verir ki, görüş Liverpulun "Enfild" stadionunda keçirilib və Cənubi Amerika komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 69-cu dəqiqədə 3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan Neymar açıb. O, Filippe Koutinyonun ötürməsindən yararlanıb. İkinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə isə forvard Roberto Firmino Kazemironun ötürməsini qola çevirib.
Braziliya DÇ-2018-də İsveçrə, Kosta-Rika və Serbiya, Xorvatiya isə Argentina, İslandiya və Nigeriya ilə bir qrupda yarışacaq.
Son xəbərlər
09:33
UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
Futbol
09:24
SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib
Digər ölkələr
09:17
UEFA Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubu ilə qarşılaşacaq
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.10.2026)
Maliyyə
08:58
Si Cinpin Çinin KXDR ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr
08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.10.2026)
Maliyyə
08:48
Tramp Putin və Si Cinpinlə mümkün görüşün mövzusu kimi nüvə tərskilahını açıqlayıb
Digər ölkələr
08:15
Foto
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir
Xarici siyasət
08:12
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur