Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub Onun "PSJ"-ə keçidi futbol tarixində ən bahalı transferdir
Futbol
188
24 Sentyabr , 2017 04:33
Neymarın PSJdəki əmək haqqı məlum olub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Fransanın "PSJ" futbol klubunun hücumçusu, braziliyalı Neymar 3 milyon avrodan çox əmək haqqı alır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu gündəlik 100 min avro qazanır. 

Bu, ulduz futbolçunun bir saat ərzində 4 min avro qazanması deməkdir. Məlumata görə, Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan braziliyalının evinin gündəlik kirayəsi 14 min avrodur.

Beləliklə, Neymar dünyanın ən çox məvacibi olan futbolçusudur. Ondan əvvəl bu ada ildə 35 milyon avro qazanan Karlos Teves layiq görülüb.

Xatırladaq ki, Neymarın "Barselona" klubundan "PSJ"-ə keçidi futbol tarixində ən bahalı transfer hesab edilir - 222 milyon avro.  

Son xəbərlər

Orphus sistemi