KİV: Neymar və ya Kilian Mbappe PSJ-ni tərk edə bilər
Futbol
- 23 may, 2019
- 19:56
Yaxın vaxtlarda Neymar və ya Kilian Mbappe Fransanın PSJ klubunu tərk edə bilər.
"Report"un "Sport.es"ə istinadən məlumatına görə, Paris komandasının iki aparıcı oyunçusu arasında ciddi fikir ayrılıqları yaranıb. Münasibətlərdəki gərginlik braziliyalı hücumçunun kollektivdəki gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra başlayıb. Fransalı forvard isə bu sözləri özünə götürüb.
Mbappeni Neymardan təqribən 3 dəfə az olan hazırkı maaşı da qane etmir. 20 yaşlı hücumçunun fikrincə, o, cari mövsümdə öz oyunu ilə ən yüksək əmək haqqı almağa layiq olduğunu sübut edib. İki futbolçu arasında münasibətlər o qədər mürəkkəbdir ki, yayda onlardan birinin PSJ-ni tərk edəcəyi bildirilir.
Son xəbərlər
20:27
Masallıda iki avtomobil toqquşub, ölən var
Hadisə20:24
Litva XİN: Etiraz notaları Rusiyaya qarşı sübut kimi istifadə olunacaq
Digər ölkələr20:22
Foto
Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Fərdi20:15
ABŞ İran neftinin ticarəti ilə əlaqəli gəmi və şirkətlərə sanksiyalar tətbiq edib
Region20:13
KİV: Rusiya Əbu-Dabi danışıqlarında Ukrayna ordusunun sayının azaldılmasını tələb etməyib
Digər ölkələr19:58
ABŞ-nin Benqazidəki konsulluğuna hücum edən şəxs saxlanılıb
Digər ölkələr19:52
Albaniya XİN başçısı: Avropa İttifaqına üzvlüyün gecikməsi təhlükəsizlik riskləri doğurur
Digər ölkələr19:28
Polşada hərbi hissənin ərazisinə naməlum PUA düşüb
Digər ölkələr19:26