Neymar və Tyaqo Silva koronavirusa görə Braziliyaya qayıtdı

Neymar və Tyaqo Silva koronavirusa görə Braziliyaya qayıtdı Fransanın PSJ klubunun futbolçuları Neymar və Tyaqo Silva koronavirus pandemiyasına görə Braziliyaya qayıdıblar.
Futbol
18 Mart , 2020 23:12
Neymar və Tyaqo Silva koronavirusa görə Braziliyaya qayıtdı

Fransanın PSJ klubunun futbolçuları NeymarTyaqo Silva koronavirus pandemiyasına görə Braziliyaya qayıdıblar.

“Report” xəbər verir ki, bu barədə ESPN bildirib.

Məlumata görə, fransız klubu bütün oyunçulara özlərini istədikləri yerdə sərbəst təcrid etməyə icazə verib. Onlardan bəziləri Neymar və Silva kimi vətənə qayıtmaq barədə qərar qəbul ediblər.

Digər futbolçular Parisdə qalmağı üstün tutublar. Onların arasında müdafiəçi Markinos da var. PSJ məşqlərin nə vaxt yenilənəcəyi barədə hələ qərar qəbul etməyib.

Qeyd edək ki, COVID-19 infeksiyası ötən ilin sonunda Çində qeydə alınıb. Son məlumatlara görə, koronavirusdan 8 000-dən çox insan ölüb.

Fransa çempionatı və başqa aparıcı yarışlar koronavirusa görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi