Neymar mətbuat konfransında ağlayıb - VİDEO
- 11 noyabr, 2017
- 07:27
Bakı. 11 noyabr. REPORT.AZ/ Braziliya milli komandasının futbolçusu Neymar mətbuat konfransında göz yaşlarına hakim ola bilməyib. "Report"un məlumatına görə, bu, "pentakampeonlar"ın Yaponiya üzərində 3:1 hesablı qələbə qazandıqları yoldaşlıq görüşündən sonra baş verib.
Baş məşqçi Tite 25 yaşlı hücumçu ilə aralarında problemin olduğuna dair xəbərlərə münasibət bildirdiyi vaxt Neymar ağlayıb. 56 yaşlı mütəxəssis deyib: "İnsanlar Neymarla problemimin olduğunu daim qabardırlar. Belə söz-söhbətləri eşitməkdən bezmişəm. Heç birimiz ideal deyilik. Neymarın böyük ürəyi var".
Bu sözlərdən sonra forvard göz yaşları içində baş məşqçiyə təşəkkür edərək konfrans otağını tərk edib.
Qeyd edək ki, Yaponiya ilə qarşılaşmada Neymar iki penaltidən birini dəqiq yerinə yetirdiyi halda, digərindən yararlana bilməyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin (@azpresident) ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə ABŞ-nin İxrac və İdxal Bankının (EXIM Bank) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın… pic.twitter.com/ngqRdN3qmj
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 8, 2025