Neymar "Barselona" ilə matçdan əvvəl zədələndi

Neymar "Barselona" ilə matçdan əvvəl zədələndi Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar zədələnib.
Futbol
11 Fevral , 2021 09:20
Neymar Barselona ilə matçdan əvvəl zədələndi
Neymar

Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar zədələnib.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu ölkə kubokunun 1/32 finalında "Kan"ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə xəsarət alıb.

Neymar 56-cı dəqiqədə rəqib oyunçu Yoel Armuqomla mübarizədə sıradan çıxıb. Onun yerinə meydana Kilian Mbappe daxil olub. Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino braziliyalı forvardın bu gün tibbi müayinədən keçəcəyini bildirib.

Qeyd edək ki, PSJ fevralın 16-da UEFA Çempionlar Liqasının 1/8 finalında İspaniyada "Barselona"nın qonağı olacaq. Komandalar arasındakı cavab oyunu martın 10-da Parisdə gerçəkləşəcək. Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun paytaxt klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi