"Neftçi"yə əcnəbi baş məşqçilər təklif olunub

"Neftçi"yə əcnəbi baş məşqçilər təklif olunub "Bizə xaricdən xeyli baş məşqçi təklif olunmuşdu. Onların arasında böyük adlar da var idi. Təklif alacaqlarından özləri də xəbərdar idilər".
Futbol
21 Noyabr , 2020 15:56
Neftçiyə əcnəbi baş məşqçilər təklif olunub
Kamran Quliyev

"Bizə xaricdən xeyli baş məşqçi təklif olunmuşdu. Onların arasında böyük adlar da var idi. Təklif alacaqlarından özləri də xəbərdar idilər".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına açıqlamasında deyib.

Quliyev bildirib ki, Füzuli Məmmədovun baş məşqçi postunu tərk etməsindən sonra həmin post üçün əcnəbi mütəxəssislərin də namizədlikləri nəzərdən keçirilib. Lakin o, konkret adları açıqlamayıb: "Bizdə belə bir fikir yaranıb ki, hər futbolçu gəlib Azərbaycanda oynamaz, hər baş məşqçi gəlib Azərbaycanda çalışmaz. Bunun haqlı tərəfləri də var. Amma tanınmış adlar var idi. Onların adlarını açıqlaya bilmərəm. Çünki iş alınmadısa, adlarını hallandırmaq düzgün olmaz. Hər halda, "Neftçi"nin adını eşidəndə ikiəlli razılaşanlar, "gələ bilərəm" deyənlər olub. Lakin hesab etdik ki, indiki dövrdə bu işi maksimal dərəcədə dülgər dəqiqliyi ilə görməliyik".

Qeyd edək ki, Füzuli Məmmədovu baş məşqçi postunda Samir Abasov əvəzləyib.

Son xəbərlər

Orphus sistemi