Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" və "Sumqayıt" komandaları bu gün ikinci yoxlama oyunlarını keçirəcəklər.
"Report" xəbər verir ki, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gələcək.
"Gənclik şəhəri" təmsilçisi isə Almaniyanın "Berliner AK" klubu ilə görüşəcək. İlk qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da, ikinci oyun isə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2. "Sumqayıt" isə Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.