"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub

Futbol
  • 13 yanvar, 2024
  • 13:45
Neftçi Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Sportvereyn Valdhof”la üz-üzə gəlib.

Matç Bakı klubunun məğlubiyyəti ilə bitib - 0:3.

"Ağ-qaralar" ilk görüşdə Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.