"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb "Neftçi" təlim-məşq toplanışına start verib.
Futbol
5 Yanvar , 2023 21:03
Neftçi təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına start verib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki "Gloria Verde Resort" hoteldə məskunlaşan komanda bu gün iki məşqə çıxıb. Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub.

Üç futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir "ağ-qaralar"dan uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.

Qeyd edək ki, "Neftçi" Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnitsa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi