"Neftçi" son 5 oyunda 4-cü dəfə qalib gələ bilməyib

"Neftçi" son 5 oyunda 4-cü dəfə qalib gələ bilməyib Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Futbol
210
5 Dekabr , 2021 17:54
Neftçi son 5 oyunda 4-cü dəfə qalib gələ bilməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Sönük məcrada keçən ilk yarıda tərəflər, demək olar ki, təhlükəli vəziyyət yarada bilməyiblər.

Fasilədən sonrakı azsaylı qol epizodlarında isə son nöqtəni qoymaq mümkün olmayıb.

Beləliklə, "Neftçi" son 5 oyunda 4-cü qarşılaşmasında qalib gələ bilməyib və 21 xalla 4-cü pillədə qalıb. Xalını 12-yə çatdıran "Sumqayıt" isə 6-cı mövqedə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər görüşdə isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1. Tura saat 18:15-də başlanacaq "Zirə" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi