"Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib

"Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
Futbol
4 May , 2022 21:56
Neftçi səfərdə Sumqayıta qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.

17-ci dəqiqədə Cəmaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub. 63-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Anatoli Nuriyev Dmitri Nağıyevi əvəzləyərək, "gənclik şəhəri" təmsilçisində debüt edib. 72-ci dəqiqədə isə Tellur Mütəllimov zədələnərək, meydanı tərk edib. Onun əvəzinə meydana Elvin Məmmədov daxil olub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan "Sumqayıt" isə 15 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Səbail"lə qolsuz, "Qarabağ" "Sabah"la 1:1 hesablı heç-heçə edib, "Zirə" isə gözlənilmədən "Qəbələ"yə uduzub - 0:3.

Son xəbərlər

Orphus sistemi