"Neftçi" "Səbail"i səfərdə böyük hesabla məğlub edib

"Neftçi" "Səbail"i səfərdə böyük hesabla məğlub edib Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub
Futbol
15 Oktyabr , 2017 20:26
Neftçi Səbaili səfərdə böyük hesabla məğlub edib
www.pfl.az

Bakı. 15 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" səfərdə "Səbail"lə qarşılaşıb.

"Dalğa Arena"da təşkil olunmuş görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Qolları "Neftçi" ilə müqaviləni 2 gün əvvəl uzatmış Uqo Barqas və İqnasio Errera, həmçinin Rəhman Hacıyev vurub. Barqas "dubl" etdiyi halda, Errera və Hacıyev hərəyə bir dəfə fərqlənib. Flaqman 84-cü dəqiqədə Derlis Meza Kollinin qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurub.

Beləliklə, "Neftçi" "Səbail"dən ilk dövrədəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Ardıcıl 2-ci qələbəsini qazanan "ağ-qaralar" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəliblər. 6 xalı olan "Səbail" isə 7-ci pilləyə enib.

Topaz Premyer Liqası, VIII tur

18:30. "Səbail” - "Neftçi” - 0:4

Qollar: İqnasio Errera, 17. Uqo Barqas, 32; 77. Rəhman Hacıyev, 65

Qırmızı vərəqə: Derlis Meza Kolli, 84 ("Neftçi")

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev

"Dalğa Arena”

Turun əvvəlki oyunlarında "İnter" evdə "Qarabağ"a 0:2, "Sumqayıt" "Qəbələ"yə 0:1 hesabı ilə uduzub, "Zirə" isə "Kəpəz"i darmadağın edib - 3:0.

Son xəbərlər

Orphus sistemi